Bakıda məşhur hoteldə ofisiant öldürüldü İş yoldaşı tutuldu

26.01.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda hoteldə qətl törədilib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 25-i saat 19 radələrində Ağ şəhər bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb.

Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.

Hadisənin hotelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Manafov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Oxunub 12

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью