Bakıda məşhur klinika cərimələnə bilər

26.12.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda yerləşən "RM Medicare Klinika" MMC cərimələnə bilər.

Modern.az-ın məlumatına görə, klinika barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, klinika altı min manatdan səkkiz min manatadək məbləğdə cərimələnəcək

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью