Bakıda məşhur kollec TƏMİR OLUNACAQ

09.07.2026

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1 nömrəli Bakı Tibb Kollecinin binası təmir olunacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, təhsil müəssisəsində cari və əsaslı təmir, həmçinin kommunal kommunikasiya və abadlıq işlərinin görülməsi nəzərdə tutulub.

Təmir işlərinə sərf olunacaq məbləğ 416 125,82 manat təşkil edəcək.

Qeyd edək ki, məqsəd kollec binasının əsaslı şəkildə yenilənməsi, köhnəlmiş infrastrukturun müasir tələblərə uyğunlaşdırılması, mühəndis-kommunikasiya sistemlərinin yaxşılaşdırılması və tələbə, müəllimlər üçün daha təhlükəsiz, rahat və müasir təhsil mühitinin yaradılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью