Bakıda məşhur mağazadan külli miqdarda pul oğurlandı

15.12.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“AZNUR” MMC-nin tabeçiliyində olan “Belaruski” mağazalar şəbəkəsinin filialından külli miqdarda pul oğurlanıb.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, mağazada fəhlə kimi çalışan Anar Məmmədov (ad-soyad şərtidir) müdir otağına qanunsuz daxil olaraq 36404 manat məbləği cinayət yolu ilə mənimsəyib.

Seyfdən oğurladığı pulların bir qismini öz ehtiyacları üçün xərcləyən Anar, Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman cinayət əməli etiraf edib.

Saxlanılan zaman üzərində 32900 manat olan təqsirləndirilən şəxs dəymiş zərərin qalan hissəsini “AZNUR” MMC-yə ödəyib. Bundan sonra zərərçəkmiş şəx A.Məmmədovdan şikayətçi olmayıb.

Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən, 1999-cu il təvəllüdlü A.Məmmədovun azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью