Bakıda məşhur restoran söküləcək Qaz xəttinin üzərində tikilib...

04.03.2026

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı söküləcək. 


Qaynarinfo-nun məlumatına görə, bununla bağlı "Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.

Bildirilir ki, "Xan Bağı" restoranın bir hissəsi "Azəriqaz” İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb. 

Məhkəmə "Azəriqaz” İB-nin tələbini əsaslı sayaraq  sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib. 

Qərara əsasən fiziki şəxs Qaybalıyev Namiq Xankişi oğluna məxsus "Xan bağı " restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır. 

Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir. 

Əhməd


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью