Bakıda məşhur restoranda kütləvi dava

04.11.2024

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Bakıda məşhur restoranda kütləvi dava düşüb.


Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, paytaxtın Əhmədli qəsəbəsində yerləşən "Təbrik" şadlıq sarayının həyətində bir qrup şəxs arasında mübahisə yaranıb, daha sonra əlbəyaxa davaya çevrilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı  bildirib ki, hadisə ilə bağlı ərazi üzrə polis şöbəsində araşdırma başladılıb, hadisə iştirakçıları müəyyən olunaraq izahatları alınıb.

Faktla bağlı araşdırma davam etdirilir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью