Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “La Villa” restoranında partlayış olub.
“Qafqazinfo” xəbər verir ki, noyabrın 7-si restoranın mətbəxində baş vermiş partlayışda orada çalışan Məlahət Cəfərova ağır xəsarətlər alıb.
O, xəstəxanaya çatdırılsa da, noyabrın 12-si vəfat edib.
Faktla bağlı araşdırma aparılır.