Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı FOTOLAR

12.11.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Qızıl Qaya” restoranında zəhərlənmə şübhəsi ilə bağlı aparılan araşdırmalar yekunlaşıb.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən restoranda keçirilən plandankənar yoxlama zamanı sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Həmçinin qida məhsullarının emalı və saxlanılması zamanı bir sıra nöqsanlara, o cümlədən çarpaz çirklənmə risklərinə yol verildiyi aşkarlanıb.

Laborator müayinələrin nəticələrinə əsasən, çiy mal ətində, marinad edilmiş toyuq lüləsində və toyuq kababında Listeria (Listeria monocytogenes), paytaxt salatında isə E. coli (Escherichia coli) bakteriyaları aşkar olunub.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью