Bakıda məşhur restoranın qarşısında kütləvi dava VİDEO

04.11.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gecə saatlarında Bakının Xətai rayonu ərazisində yerləşən “Təbrik” restoranında toydan sonra kütləvi dava düşüb.

"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə toy iştirakçılarının bir-biri ilə əlbəyaxa olduğu öz əksini tapıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, hadisə ilə bağlı ərazi üzrə polis şöbəsində araşdırma başladılıb, hadisə iştirakçıları müəyyən olunaraq izahatları alınıb.

Faktla bağlı araşdırma aparılır.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью