Bakıda məşhur şirkətdə faciəli hadisə Fəhlə öldü

19.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində yerləşən “Caspian Drilling Company” şirkətində ölüm hadisəsi baş verib.

Publika.az-ın əldə etdiyi məlumata görə, səhər saat 8 radələrində şirkətin istirahət otağında orada fəhlə işləyən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Vaqif Ağababa oğlu Ağayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Şirkət işçisinin ölüm səbəbi məlum deyil.

Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Turqut Seyidov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью