Bakıda məşhurların çıxış etdiyi restoran satılır FOTOLAR

17.01.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Bakının məşhur restoranı 6 milyon 400 min manata satışa çıxarılıb.

Ölkə.Az-ın xəbərinə görə, elan saytlarından birində yerləşdirilən məlumatda obyektin Nəsimi rayonunda yerləşdiyi qeyd edilib.

Hazırda restoran kimi fəaliyyət göstərən obyektin digər sahələr üçün uyğun olduğu bildirilir.

Elanda iaşə obyektinin adı yazılmasa da, burada "Sham Baku" restoranının fəaliyyət göstərdiyini əldə etdik. 

Məşhurların çıxış etdiyi restoranda ən çox müğənni Kəmalə Günəşli səhnə alır. Ondan əlavə, şou-biznesin digər məşhur nümayəndələri də fəaliyyət göstərib.

Elandan "obyektin digər sahələr üçün uyğun olduğu"nun vurğulanması, satışdan sonra restoranın gələcəkdə fəaliyyətini sual altına qoyur.

Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью