Bakıda Messi ilə görüşmək neçəyədir? MƏBLƏĞ

11.12.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, dünya futbolunun ulduzu Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıya gəliblər.

Manset.az Metbuat.az-a istinadən xəbər verir ki, Messi və komanda yoldaşları bu gün Bakı Kristal Zalında keçiriləcək tədbirdə iştirak edəcək, pərəstişkarları ilə görüşəcək.

Saat 13:00-da başlayacaq tədbir üçün biletlərin qiyməti 10 - 50 manat arasındadır.

Tədbirdə Messinin futbol həyatını və mübarizəsini əks etdirən film nümayiş olunacaq, dünyaşöhrətli Villi Uilyam (Willy William) və məşhur “Morandi” qrupu çıxış edəcək.

Qeyd edək ki, bilet satışından əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью