Bakıda metallomdan külli miqdarda mis oğurlandı

27.12.2024

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda metal qəbulu məntəqəsindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dekabrın 25-də Səbail rayonu Yeni Salyan şosesində bir nəfərə məxsus metal qəbulu məntəqəsindən 1500 manat dəyərində mis oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Y.Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью