Bakıda metro ilə bağlı QƏRAR Sərnişinlərin diqqətinə

03.10.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyunu ilə əlaqədar Bakı Metropoliteninin Qırmızı xəttində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Yeni Sabah” xəbər verir ki, matçla əlaqədar “Gənclik” stansiyasında əlavə işçi qüvvəsi ayrılacaq, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun təşkil ediləcək. Matç başa çatdıqdan sonra sərnişin axınının intensivliyindən asılı olaraq qatarların hərəkəti əlavə tənzimlənəcək. Marqarita pizza

Bundan başqa, “28 May” və “Nərimanov” stansiyalarında da sərnişin axınına nəzarət gücləndiriləcək.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью