Bakıda metro ilə sərnişindaşıma artıb

07.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

2026-cı ilin iyul ayında Bakı metrosunda sərnişindaşıma göstəricilərində artım qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, ay ərzində metrodan ümumilikdə 16 milyondan çox sərnişin istifadə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,31 faiz çoxdur.

Məlumata görə, iyul ayında ən çox sərnişinə xidmət göstərən stansiya "Koroğlu" olub. Belə ki, sözügedən stansiyadan 1 milyon 630 min 48 nəfər istifadə edib.

Ayın ən yüksək sərnişin axını isə 1 iyul tarixində qeydə alınıb. Həmin gün metrodan 649 min 974 sərnişin yararlanıb.

Rəqəmsal ödənişlərdən istifadə də artmaqda davam edib. Belə ki, NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 567 min 107 ödəniş həyata keçirilib. Bu, ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 faizini təşkil edib.

Bununla yanaşı, iyul ayı ərzində "Əlçatan metro" xidmətindən 94 sərnişin istifadə edib. Bu xidmət hərəkət imkanları məhdud şəxslərin metrodan rahat və təhlükəsiz istifadəsini təmin etmək məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью