Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Bakıda 51 yaşlı kişi küçədə bıçaqlanıb.
Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.
Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elvin Nuru oğlu Məmmədli metronun "Xətai" stansiyasının qarşısında bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli oxu.az-a bildirib ki, paytaxtın Xətai rayonunda iki şəxs arasındakı insidentlə bağlı polisə məlumat daxil olub.
Hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Faktla bağlı hələlik saxlanılan yoxdur.
Bizim.Media