Bakıda Milad bayramı qeyd olunur AZƏRTAC | Icma.az
Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 7 yanvar, AZƏRTACYanvarın 6-dan 7-nə keçən gecə pravoslav xristianlar Milad bayramını q
Yeni dövrün başlanğıcını qoyan İsa peyğəmbərin mövludu gününü bütün dünyada olduğu kimi, Azərbaycanda da xristian icması tərəfindən hər il q
Onlar noyabrın 28-dən yanvarın 6-na kimi oruc tutaraq buna 40 gün hazırlaşırlar.
Kilsələrdə zənglər çalınır, dualar oxunur, Vifleyemdən gətirilmiş odla şamlar yandırılır.Milad möminlər üçün ən böyük bayramlardan biridir.
Onlar Xilaskar İsanın mövludu gününü öz dinlərinin yarandığı gün hesab edirlər. Azərbaycanda xristianlığın çox qədim tarixi var.
Təsadüfi deyil ki, Qafqazda ilk xristian kilsələri məhz bizim ölkədə yaranıb.
Əsrlər boyu dünya dinləri torpağımızda dinc yanaşı yaşamış, insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasında əvəzsiz tarixi rol oynamışdır.
Azərbaycanda heç vaxt milli-irqi ayrı-seçkilik və ya dini dözümsüzlük halları olmayıb.
Tam oxu
Xəbəri oxu