Bakıda minik maşını ilə motosikletin toqquşması nəticəsində kuryer ağır xəsarət alıb FOTO

11.06.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının Azadlıq prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, "Canqan A05" markalı minik avtomobili motosikletlə hərəkətdə olan kuryeri vurub. Hadisə nəticəsində motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.

Əraziyə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Fərid Yusifov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью