Bakıda minik maşını mopedə çırpılıb sürücünü öldürdü

25.01.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsi Asif Əsədullayev küçəsində baş verib.

Eynalov Mirmövsüm Novruz oğlu idarə etdiyi “Peugeut Pariner” markalı avtomobil ilə sola dönərkən Allahverdiyev Elvin Saday oğlunun idarə etdiyi mopedi vurub. Nəticədə Elvin Allahverdiyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью