Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Daşınmaz əmlak bazarında ipoteka ilə alınan mənzillərin kütləvi satışı müşahidə olunur.
Hazırda elan saytlarında bu tipdə satışa təqdim olunan çox sayıda mənzil mövcuddur.
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak ekspert Elnur Fərzəliyev bildirib ki, sözügedən elanlar daha çox şirkətlərin daxili kreditlə təklif etdiyi mülklərdir: “Qanunvericiliyə görə, ipoteka kredit müddəti bitməyənə qədər vətəndaşlar həmin mənzilləri sata bilməz.
Elan saytlarında olan mənzillər əksər hallarda şirkət daxili, az faizli ipotekalı mənzillərdir.
Bəzi vətəndaşlar belə əmlakları alaraq, bir müddət sonra daha baha qiymətə satırlar. Bu daha çox gəlir əldə etmək üçün nəzərdə tutulub.
Amma 4 və 8 faizli ipoteka ilə satılan mənzillərin yenidən satışa çıxarılması üçün ilk növbədə onların krediti bağlanmalıdır.
Yaxud alıcı tərəf etibarnamə vasitəsi ilə almalıdır ki, bunu da hər kəs etmir”.