Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Həvəskar MMA və pankration üzrə Bakıda keçirilən dünya çempionatı bu gün - noyabrın 29-da başa çatacaq.
İdman.Biz xəbər verir ki, noyabrın 26-da start götürən yarış dörd yaş kateqoriyası üzrə təşkil olunur.
Dünya Güləş Birliyinin (UWW) məlumatına görə, pankration üzrə yarışlar 15 və 17 yaşadək idmançılar, həvəskar MMA üzrə qarşılaşmalar isə 20 yaşadək döyüşçülər və böyüklər arasında keçirilir.
Azərbaycan idmançıları pankration yarışlarında iki qızıl, dörd gümüş və 12 bürünc olmaqla ümumilikdə 18 medal qazanıblar.
Haşim Rəhimli (U-15, 66 kq) və Amin Təhməzov (U-17, 57 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Elmir Əmirov, Samirə Qasımova, Kənan Əliyev və Əli Məmmədov dünya çempionatının gümüş mükafatçıları olublar.
Rəvan Ədalətli, Yusif Məcidli, İbrahim Şıxəliyev, Əli Qəribov, Məhəmməd Rüstəmli, Fidan Əliyeva, Salman Pirili, Kamran Həsənov, Balaqardaş Dadaşzadə, Telman Tarverdiyev, Fatimə Babayeva və Ayan Gülməmmədli isə bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, qrapplinq üzrə yarışlarda Fərhad Bağırov (58 kq) dünya çempionu adını qazanıb. Maqsudxan Quluzadə və Elman Əsgərov isə bürünc medala layiq görülüblər. Azərbaycan millisi komanda hesabında üçüncü yeri tutub.