Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən il keçirilən 18-ci Bakı Moda Həftəsində (Baku Fashion Week 2025) almaniyalı dizayner karyerası boyu heç vaxt qarşılaşmadığı bir hal yaşayıb. Onun hazırladığı kolleksiyada yer alan xaçlara, Madonna təsvirlərinə və ikonoqrafiyaya heç bir irad bildirilməsə də “sülh kimonosu” adlı geyim nümayişdən çıxarılıb.
Bakupost.az Almaniya mediasına istinadən xəbər verir ki, modelyerin sözlərinə görə, xaçlar problem yaratmayıb. Madonna təsvirləri, örtülü başlar, sakral ikonoqrafiya, xristian və müsəlman vizual dünyalarının yanaşı təqdimatı – bütün bunlar Azərbaycanın paytaxtı Bakıda keçirilən Moda Həftəsində ictimaiyyətə açıq şəkildə nümayiş etdirilib. Lakin Paulina Tsvetanovanın kolleksiyasına daxil olan bir kimono onun xəbəri olmadan nümayiş proqramından çıxarılıb.
Həmin kimononun üzərində Ermənistan, Gürcüstan və Azərbaycan bayraqları təsvir olunubmuş. Berlinli dizayner üçün bu geyim Qafqaza etdiyi səyahətin tekstil yaddaşı, mədəni və dini dialoqu simvolizə edən bir sənət nümunəsi idi. Lakin azərbaycanlı təşkilatçılar bu elementi açıq şəkildə siyasi risk kimi dəyərləndiriblər.
“Bu geyim sanki partlayıcı maddə kimi qəbul edildi”, – deyə Paulina Tsvetanova sonradan Almaniya xəbər portalına verdiyi müsahibədə bildirib.
Cavid, BakuPost