Bakıda mopedlərə qənim kəsilən 2 nəfər saxlanılıb

29.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda oğurluq edən 2 nəfər saxlanılıb.

Dekabrın 24-də Binəqədi və Yasamal rayonları ərazisində 2 nəfərə məxsus mopedlərin oğurlanması barədə polisə məlumatlar daxil olub.

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 34 yaşlı H.Hüseynov Binəqədi RPİ 5-ci Polis Bölməsinin, 19 yaşlı A.Dadaşov isə Yasamal RPİ 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью