Bakıda “Motodrom” adlanan ərazidə baş verən yanğın söndürülüb YENİLƏNİB

27.05.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 may, AZƏRTAC

Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

09:21

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью