Bakıda motokuryerlərə qarşı reyd başlayıb? Rəsmi AÇIQLAMA | Icma.az
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda yol polisi tərəfindən motokuryerlərə qarşı reyd keçirilməsi barədə məlumat yayılıb.
Lent.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata əsasən, xüsusən bu gün çatdırılma şirkətlərində çalışan çoxlu sayda motosikletçi saxlanılıb.
Ancaq onların hansı səbəblə saxlanıldığı isə digər motosikletçilərə qaranlıq qalıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin idarəetmə hüququ, eləcə də nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı olmadığı məlum olub.
Bu səbəblə həmin motosikletlər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hərəkətdən kənarlaşdırılaraq, mühafizə olunan duracağa təmin olunub və barələrində qanunamüvafiq tədbirlər həyata keçirilib.
İdarədən həmçinin motosiklet sürücülərinə qarşı heç bir reyd keçirilmədiyi də qeyd olunub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu