Bakıda motosiklet avtomobillə toqquşdu; Xəsarət alan var

24.11.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Rəşid Behbudov küçəsində 2002-ci il təvəllüdlü Əlizadə Müşviq Həbib oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosiklet sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью