Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Yasamal rayonu, Landau küçəsində piyadanın vurulmasıyla nəticələnən qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 19-da axşam saatlarında qeydə alınıb. Belə ki, 99-X-279 dövlət nömrə nişanlı “CF Moto” markalı motosiklet nizamlanmayan keçiddən keçən piyadanı vurub. Zərbənin təsirindən qadın yerə yıxılan qadın huşunu itirib. Yaxınlıqda olan vətəndaşlar ona yardım ediblər.
Qeyd edək ki, əraziyə DYP və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin