Bakıda motosiklet qaçırıldı

09.09.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nəsimi rayonu ərazisində evlərdən birinin qarşısından zərərçəkmiş şəxsə məxsus “AF 80” markalı  motosiklet qaçırılıb. 

Redaktor.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirov müəyyən olunaraq saxlanılıb. Nəqliyyat vasitəsi isə sahibinə təhvil verilib.

Həmçinin rayon ərazisində qeydə alınan növbəti hadisə ilə bağlı keçirilən tədbirlərlə avtomobildən qol saatı və mobil telefon oğurlamaqda şübhəli bilinən 28 yaşlı V.Vəlizadə də saxlanılıb. 

Araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью