Bakıda motosikletçini avtomobil vurdu

06.12.2024

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev və Zərifə Əliyeva küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Tahir Məhərrəmov idarə etdiyi motosikletlə kəsişmədən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Fakt araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью