Bakıda motosikletçinin öldüyü dəhşətli qəzanın HADİSƏ ANI | Icma.az
Lent az saytına istinadən Icma.az xəbər verir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda baş verən ölümlə nəticələnən yol qəzasının g
Lent.az-ın məlumatına görə, NİİM-dən bildirilib ki, növbəti belə qəzaların baş verməməsi üçün qaydalara əməl etmək vacibdir.
Yollarda faciələrin yaşanmaması üçün hərəkət iştirakçıları diqqətli olmalı və ən əsası yol hərəkəti qaydalarına riayət etməlidirlər.
Görüntüləri təqdim edirik: *** 09:40 Bakıda 19 yaşlı oğlan yol qəzasında həlak olub.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində qeydə alınıb.
32 yaşlı Şəfizadə Tural Cəmşid oğlunun idarə etdiyi “Renault Megane” markalı avtomobillə 19 yaşlı Səfərli Ramal Elnur oğlunun idarə etdiyi “İhondza FX32” markalı motosiklet toqquşub.
Nəticədə motosiklet sürücüsü aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanıb.
*** 21 yanvar, saat: 22:35 Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Tam oxu
Xəbəri oxu