Bakıda moyka işçisi maşından külli miqdarda pul oğurladı

30.05.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Bakının Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən oğurluq hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, paytaxt sakininə məxsus “BMW” markalı avtomobildən 4100 dollar pul vəsaiti oğurlanıb.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətmiş, orada çalışan 41 yaşlı S.Qəribov müəyyən olunaraq saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью