Bakıda müdir fəhləni işdən çıxardı Əsəbiləşib 40 kq xiyar oğurladı

15.06.2026

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda istixanadan təxminən 40 kiloqram xiyar oğurlayan şəxs məhkəmə qərarı ilə azadlığa buraxılıb.

Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Bakı şəhərində anadan olmuş, ailəli, orta təhsilli və fərdi əməklə məşğul olan M.K. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş işə məhkəmədə  iclasda baxılıb.

Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda məlum olub ki, M.K. təxminən 6-7 ay ərzində Binəqədi rayonu, Goradil bağları, Polad Həşimov küçəsində yerləşən istixanada fəhlə kimi çalışıb.

İstixananın müdiri E.S. onu işdən çıxardıqdan sonra M.K. əsəbiləşərək əraziyə hasardan daxil olub və istixanadan dörd vedrə xiyar oğurlayıb. Oğurlanan məhsulun dəyərinin 60 manat olduğu bildirilib.

Polis əməkdaşları tərəfindən saxlanılan M.K. polis şöbəsində törətdiyi əməli etiraf edib və ümumilikdə 40 kiloqram xiyar götürdüyünü bildirib.

Məhkəmədə ifadə verən şəxs əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını və dəymiş zərəri tam ödədiyini deyib. Bu səbəbdən o, inzibati xəta işi üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmə iş materiallarını araşdırdıqdan sonra M.K. barəsində inzibati xəta üzrə icraata xitam verib. O, məhkəmə zalından dərhal azad edilib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью