Bakıda müəllim həbs olundu

12.02.2025

Icma.az bildirir, News24 portalına istinadən.

Sosial şəbəkələrdə əxlaqsız paylaşımlar edən şəxs məsuliyyətə cəlb edilib.

News24.az “qafqazinfo”ya istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü S.Səfərov (şərti) barəsində fevralın 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Saxlanılan şəxs Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə S.Səfərova 15 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, həbs edilən şəxs Sabunçu rayonunda yerləşən 10 saylı Musiqi Məktəbinin müəllimidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью