Bakıda müəmmalı taleyi olan bina: 26 ildir...

02.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur.

"Bakupost" "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağına səbəb olan bina ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.

Maraqlıdır ki, binada yaşayış olmasa da, aşağı mərtəbələrdə müxtəlif obyektlər fəaliyyət göstərir.

Sosial şəbəkələrdə yayılan iddialarda binanın konstruksiyasında problem olduğu üçün mənzillərin satışa çıxarılmadığı da bildirilir.

Fövqaladə Hallar Nazirliyindən bildirilib ki, qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasına Nazirliyin Titikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin tərəfindən istismara hazırlıq aktı verilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью