Bakıda mühüm forum keçirilir KONKRET

18.11.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir.

KONKRET.az xəbər verir ki, “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr edilən forumda yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin “Atlantic Council”, “New Lines Institute”, Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzləri və “The National Interest” jurnalının nümayəndələri iştirak edirlər.

Tədbir çərçivəsində “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi”, “Enerji təhlükəsizliyi və bağlantılar” mövzularına həsr edilmiş sessiyaların keçirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью