Bakıda mühüm tədbir keçirilir

27.07.2026

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

27 iyul 2026-cı il tarixində ICESCO-nun Bakıdakı Regional Ofisində Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzi (CFAI) tərəfindən təşkil olunan “İslam dünyasını gələcəyə hazırlamaq: Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatı və təkmilləşdirilməsi” mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb.
Tədbirin rəsmi açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova ICESCO rəhbərliyinə və Bakı Regional Ofisinə belə mühüm təşəbbüsün təşkilinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, müasir dövrdə sürətli texnoloji inkişaf, ekoloji çağırışlar və qlobal dəyişikliklər dövlətlər və beynəlxalq təşkilatlar üçün strateji baxışın və uzunmüddətli planlaşdırmanın əhəmiyyətini daha da artırır. Bu baxımdan təqdim olunan Strateji Proqnozlaşdırma Bələdçisi gələcəyə davamlı və dayanıqlı yanaşmanın formalaşdırılmasına mühüm töhfə verəcək.
Rəsmi açılış mərasimində eləcə də ICESCO-nun Baş direktoru Dr. Salim AlMalik (onlayn), ICESCO-nun Bakı Regional Ofisinin direktoru Dr. Abdulhakeem Alsenan, “Policy Center for the New South” təşkilatının baş eksperti Dr. Nouzha Chekrouni, ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin rəhbəri Anar Kərimov və ICESCO-nun Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzinin direktoru Dr. Kais Hammami çıxış ediblər.
Tədbirdə həmçinin Strateji Proqnozlaşdırma Bələdçisinin rəsmi təqdimatı keçirilib.
Tədbir işini yüksək səviyyəli dəyirmi masa, strateji bələdçinin tənzimlənməsi üzrə sessiyalar və praktiki seminar-məşğələlərlə davam edəcək.

Читать полностью