Bakıda münasib qiymətə şam ağaclarını və bəzək aksesuarlarını haradan almaq olar? QİYMƏTLƏR

02.12.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni ilə sayılı günlər qaldığından paytaxt bazarlarını bayram atributları - şam ağacları, oyuncaqlar bəzəyir. Bu il də şam ağaclarının qiyməti bir çoxuna maraqlıdır.

Oxu.Az xəbər verir ki, Baku TV-nin əməkdaşı bununla əlaqədar paytaxt bazarlarından birində olub.

Məlum olub ki, şam ağaclarının qiyməti həcminə, uzunluğuna və üzərindəki bəzəklərə görə dəyişir.

Minimum 20 manatdan başlayaraq alıcılara təklif edilir. Hündürlüyü 1 metr və 1 metrdən yuxarı olanlar 100-150 manat, 3 metr olanlar isə 450 manatdır. Yeni il aksesuarları arasında ən çox tələb olunanlardan biri də qapı aksesuarlarıdır.

Qiymətlər 20, 25 və 40 manat arasındadır. Oyuncaqlar isə qutusu 2 manatdan 20 manata qədərdir.

Alıcılar paytaxtın mərkəzindəki satış qiymətləri ilə müqayisədə şəhərətrafı ticarət obyeklərində qiymətin daha münasib olduğunu deyirlər. Həmçinin, ötən illə müqayisədə kəskin artım olmadığını da bildiriblər.

Ətraflı süjetdə:

Bakıda münasib qiymətə şam ağaclarını və bəzək aksesuarlarını haradan almaq olar? - QİYMƏTLƏR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью