Bakıda narkokuryerliyə cəlb olunan şəxs saxlanılıb

12.05.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb.

APA DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı Rəşad Məcidov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. R.Məcidov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotiklərin satışını planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью