Bakıda NATO nun Mobil Təlim Qrupunun kursu keçirilib

22.01.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, Bakıda Türkiyənin İzmir şəhərində yerləşən NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik” mövzusunda kurs keçirilib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Heydər Əliyev adına Hərbi İnstitutda təşkil olunan kursun əsas məqsədi hərbi qulluqçuların rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində nəzəri və praktiki biliklərinin artırılması, müasir texnoloji həll üsul və vasitələrinin tətbiqinin tədris edilməsi, həmçinin iştirakçılara bu sahədə NATO standartları və prosedurlarının öyrədilməsidir.
Kurs ərzində hərbi qulluqçulara NATO-nun Mobil Təlim Qrupu tərəfindən “Rabitə təminatı”, “İnformasiya texnologiyaları”, “Kibertəhlükəsizlik” və digər mövzularda brifinqlər təqdim edilib, nəzəri və praktiki məşğələlər təşkil olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью