Bakıda NATOnun təlim kursu keçirildi | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Müdafiə Nazirliyi və NATO arasında 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “Təlim və məşq kursu” keçirilib.
Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mər
Kursun yekununda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinq təqdim olunub.
Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, keçirilən kursun əsas məqsədi NATO-da əməliyyat-taktiki səviyyədə təlimlərin planlaşdırılması və icrası prosesini dinləyicilərə aşılamaqdan ibarətdir.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu