Bakıda nazirlərin iclası olacaq

13.11.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 20-də şəhərsalma sahəsinə cavabdeh nazirlərin iclası təşkil ediləcək.

"Cebheinfo.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, iclas 4 paralel dəyirmi masa ilə davam edəcək: "Nazirlər, şəhər rəhbərləri iqlimə təsir göstərə biləcək məsələlərlə bağlı müzakirələr aparacaq".

Sədr qeyd edib ki, iclasda Azərbaycanın irəli sürdüyü yeni təşəbbüs təqdim ediləcək: "Təşəbbüs Çoxsəviyyəli Fəaliyyət Proqramını nəzərdə tutur".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью