Bakıda Nazirliyin zavodunda yanğın: Rəsmi açıqlama

10.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə MSN-in məlumatında deyilir.

Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb. Xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.

***

23:46

Bakının Nizami rayonunda yanğın hadisəsi olub.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan zavodun anbarında qeydə alınıb.

Hadisə yerinə dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью