Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Qərblə Azərbaycan arasında yaşanan gərginlik artan xətt üzrə inkişaf edir.
Buna səbəb Aİ və ABŞ-ın ölkəmizə qarşı qərəzli münasibətidir. Artıq Birləşmiş Ştatlar informasiya müharibəsini səfirlik vasitə ilə edir.
ABŞ-ın Bakıdakı səfirliyi özünün sosial media hesabından hakimiyyətə tikanlı mesajlar ötürür. Sonuncu belə paylaşım iki gün öncə olub.
Bundan bir neçə gün əvvəl isə Fransanın Bakıdakı səfiri Prezident İlham Əliyevin Makrona yönəlik tənqidinə öz sosial şəbəkə hesabında “cavab” vermişdi.
Xəyal Bəşirov Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, Qərbin yürütdüyü siyasətin tərkib hissələrindən biri də ayrı-ayrı dövlətlərin daxili siyasətinə qarışmaqdır: “Bu yolla həmin dövlətlərin daxili və xarici siyasətlərinə təsir göstərmək istəyirlər.
Hansı ölkə bu məsələdə mövqe ortaya qoyur, oyunlarına alət olmursa, ona qarşı səfərbər olunaraq dezinformasiyalar, əsassız ittihamlar, insan hüquq və azadlıqları, demokratiya mövzularına hücumlar təşkil edirlər.
Onlar üçün əlçatan vasitə kimi səfirliklərdən istifadə edirlər. Səfirlik dövlətin mövqeyini təmsil edir.
Azərbaycan ərazisində olan istənilən ölkənin səfirliyi, həmin dövlətin özünün mövcudluğunu, ölkənin Azərbaycana münasibətini təmsil edir.