Bakıda neçə köhnə avtobusun yenilənməyə ehtiyacı var? Rəsmi AÇIQLAMA

13.01.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Hazırda paytaxt üzrə yenilənməyə ehtiyac olan 1000-ə yaxın avtobus var.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir:
“2025-ci il ərzində Bakı və Abşerona 370-dən artıq avtobus gətirilib. Ölkə üzrə isə ötən il ərzində ümumilikdə 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu, həm şəhərdaxili, həm rayondaxili, həm də şəhərlərarası avtobuslara aiddir”.
Qurumun məlumatında qeyd edilib ki, paytaxta hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirəcək.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью