Bakıda Neft Emalı Zavodunun fəaliyyəti ilə bağlı iki ssenari var

03.03.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bakıda Neft Emalı Zavodunun şəhərdən köçürülməsi ilə bağlı iki ssenari var".

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə Milli Məclisdə "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Qeyd olunub ki, hazırda zavodda modernizasiya işləri gedir.

E.Hacızadə bildirib ki, köçürülmə və ya modernizasiyanın 2030-cu ilədək həyata keçirilməsi gözlənilir:

"Hər iki ssenariyə baxılır. Biz yeni zavod tikəcəyiksə, bu 2030-cu ilə nəzərdə tutulur".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью