Bakıda neft kəmərinin üzərində təhlükəli piyada keçidi

10.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bakıda metronun "Koroğlu" stansiyası ilə Qara Qarayev prospektini birləşdirən ərazidə neft kəmərinin üzərində qurulan yerüstü piyada keçidi sakinlərin narazılığına səbəb olub.

Oxu.Az ATV-yə istinadən xəbər verir ki, ünvanda işıqlandırma sistemi və xəbərdaredici nişanlar quraşdırılmayıb.

Sözügedən yoldan istifadə edənlər bildiriblər ki, burada sahibsiz itlərə də rast gəlinir.

Qeyd edək ki, neft kəmərinin üzərində iki yerüstü keçid mövcuddur.

Ətraflı süjetdə:

Bakıda neft kəmərinin üzərində təhlükəli piyada keçidi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью