Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Binəqədi rayonunda park edilmiş avtomobilə ziyan dəyib.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 3-də saat 07:00 radələrində Süleyman Sani Axundov küçəsində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, yol kənarında yerləşən nəhəng ağacın iri budaqları qırılaraq park edilmiş “Toyota Aqua” markalı avtomobilin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Hadisə yerinə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub. Qəzalı ağacın qırılmış budaqları ərazidən götürülüb və ağac budanıb.
Nərmin