Bakıda nənə və nəvəsini maşın vurdu YENİLƏNİB

22.10.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Bakının Xəzər rayonu, Binə qəsəbəsində, "Leon Palace" şadlıq sarayının önündə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün saat 23:15-də 2 nəfər (qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".

***09:30

Bakının Xəzər rayonu, Binə qəsəbəsində, "Leon Palace" şadlıq sarayının önündə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı avtomobil nənə və nəvəni vurub.

Nəticədə hər iki şəxs xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью