Bakıda Neyrocərrahların Birinci Beynəlxalq Konqresi keçiriləcək

09.05.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 may, AZƏRTAC

Sabah Bakıda Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Neyrocərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq tədbir mayın 10-11-də keçiriləcək.

Konqresin keçirilməsində məqsəd neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaların tətbiqi və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir.

Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresində 12 ölkədən 250-dən çox yerli və əcnəbi neyrocərrah, nevroloq iştirak edəcək.

Onlar kəllə əsası cərrahiyyəsi, epilepsiya cərrahiyyəsi, pediatrik neyrocərrahiyyə, neyroonkologiya, spinal neyrocərrahiyə və digər sahələrdə ən aktual məsələləri müzakirə edəcəklər.

Dünyanın ən məşhur neyrocərrahlarından olan britaniyalı Henri Marş fəxri qonaq kimi konqresdə iştirak edəcək.

Konqres çərçivəsində interaktiv panel müzakirələr keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью