Bakıda nişanlı qız blokda döyüldü

12.06.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Xətai rayonunda 23 yaşlı oğlan nişanlısına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun X.Məmmədov küçəsində baş verib. Şərur rayon sakini, 2003-cü il təvəllüdlü Tacəddin həmin ərazidə yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsinin pilləkan meydançasında nişanlısı Zəminə (adlar şərtidir – red.) mübahisə edib. 
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı nişanlısını qəsdən əl zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurub. O, qızı döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Həmçinin oxu:
Təmizlik suyuna 1 qaşıq əlavə edirsən, mebellər 1 həftə toz tutmur
Pendirin bu növünü satanlar yüksək məbləğdə cərimələnir
Kondisioneri əvəz edən dibçək bitkiləri
Faktla bağlı Tacəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Qız da nişanlısını bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 
Xətai Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirlənirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью